...

Rusiya həm Bakı, həm də İrəvanla gərgin iş aparır - Peskov

Siyasət Materials 24 Yanvar 2023 14:52 (UTC +04:00)
Rusiya həm Bakı, həm də İrəvanla gərgin iş aparır - Peskov

Bakı. Trend:

Rusiya Qarabağ üzrə üçtərəfli bəyanatların iştirakçısı olaraq öz öhdəliklərini yerinə yetirməkdədir və həm İrəvan, həm də Bakı ilə gərgin iş aparır.

Trend-in məlumatına görə, bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Rusiya üçtərəfli bəyanatların və iki il əvvəl imzalanan sənədlərin tərəflərindən biri olaraq öz öhdəliklərini yerinə yetirməyə davam edir və həm Ermənistan, həm də Azərbaycanla gərgin iş görməkdədir", - D.Peskov Laçın yolu ətrafındakıvəziyyəti şərh edərkən deyib.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 44 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti