...

Azərbaycan günahkarların layiqli cəza almasını təmin etmək üçün bütün imkanlardan istifadə edəcək -XİN

Siyasət Materials 27 Yanvar 2023 13:58 (UTC +04:00)
Azərbaycan günahkarların layiqli cəza almasını təmin etmək üçün bütün imkanlardan istifadə edəcək -XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan tərəfi günahkarların müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün müvafiq beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcəkdir.

Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum barədə yaydığı bəyanatda qeyd edilib.

"İran tərəfindən sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edirik.

Azərbaycan tərəfi günahkarların müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün müvafiq beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcəkdir.

Baş vermiş terror hücumu nəticəsində yaranmış vəziyyətdə səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyyəsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur", - deyə bəyanatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti