...

İsveç səfirliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan dəhşətə gəldiyini bildirib

Siyasət Materials 27 Yanvar 2023 14:36 (UTC +04:00)
İsveç səfirliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan dəhşətə gəldiyini bildirib

Bakı. Trend:

İsveçin Azərbaycandakı səfirliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan dəhşətə gəlib. Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik.

Trend xəbər verir ki, bu, İsveç səfirliyinin rəsmi "Facebook" səhifəsində edilən paylaşımda qeyd olunub.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti