...

Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumu şiddətlə qınayıram - Fəxrəddin Altun

Siyasət Materials 27 Yanvar 2023 15:40 (UTC +04:00)
Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumu şiddətlə qınayıram - Fəxrəddin Altun
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumu şiddətlə qınayıram.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun öz "Twitter" səhifəsində yazıb.

"Şəhid qardaşımıza Allah rəhmət eləsin, yaxınlarına və qardaş Azərbaycan xalqına başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Başın sağ olsun, Azərbaycan!”,- deyə qeyd edilib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti