...

S&P PAŞA Bankın reytinqi üzrə proqnozunu yüksəldib

Maliyyə Materials 13 Fevral 2026 11:37 (UTC +04:00)
S&P PAŞA Bankın reytinqi üzrə proqnozunu yüksəldib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi PAŞA Bankın reytinqi üzrə proqnozunu “stabil”dən “müsbət”ə dəyişib.

Trend xəbər verir ki, bunu bu gün PAŞA Bankın baş maliyyə inzibatçısı Murad Süleymanov bankın təşkil etdiyi, IPO-ya (səhmlərin ilkin ictimai yerləşdirmə prosesi) həsr olunmuş tədbirdə çıxışında bildirib.

Onun sözlərinə görə, “Moody’s” və “Fitch Ratings” təşkilatları da bütövlükdə Azərbaycanın və PAŞA Bankın reytinqini müsbət qiymətləndiriblər.

M. Süleymanov vurğulayıb ki, iqtisadi və siyasi mühit Azərbaycanda stabil olaraq qalmaqdadır:

“Biz bunu 2,5-4 faiz hüdudlarında olan dayanıqlı iqtisadi artımdan da görürük. ÜDM strukturunda qeyri-neft sektorunun payı artır və bu tendensiya artıq uzun illərdi ki, davam etməkdədir. Bundan başqa inflyasiya Mərkəzi Bankın monetar siyasəti çərçivəsində qalmaqdadır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti