...

Azərbaycanda Merlər Razılaşması çərçivəsində 5 milyon avroluq yeni layihələr reallaşacaq

İqtisadiyyat Materials 13 Fevral 2026 12:40 (UTC +04:00)
Azərbaycanda Merlər Razılaşması çərçivəsində 5 milyon avroluq yeni layihələr reallaşacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Naxçıvan. Trend:

Merlər Razılaşması çərçivəsində Azərbaycanda bələdiyyələr üçün 5 milyon avro dəyərində yeni layihələr reallaşacaq.

Trend xəbər verir ki, bunu bu gün Merlər Razılaşmasının Yerli Dayanıqlı İnkişaf koordinatoru Maksim Vereşçak "Merlər Razılaşması - Şərq Tərəfdaşlığı" təşəbbüsü ilə bağlı Naxçıvanda keçirilən tədbirdə deyib.

O bildirib ki, Merlər Razılaşması çərçivəsində Azərbaycanda 6 bələdiyyəyə layihələrin hazırlanmasında yardım göstərilir: "Layihələri maliyyələşməyə hazır vəziyyətə gətirməklə bağlı onlar üçün yaşayış və ictimai binaların enerji auditini həyata keçirmişik. Beləliklə, indi əlimizdə potensial investorlara təqdim edə biləcəyimiz 11 bina üzrə 11 sənəd var. Bu layihələrin ümumi dəyəri 5 milyon avrodan çoxdur".

M. Vereşçak vurğulayıb ki, adıçəkilən layihələr Mingəçevir, Xırdalan, Şəki, Yevlax, Gəncə və Şamaxıda həyata keçirilir: "Söhbət Mingəçevirdə 3 yaşayış binası, Xırdalanda 1 məktəb və 1 uşaq bağçası, Şəkidə 3 uşaq bağçası, Yevlaxda 2 məktəb və 1 uşaq bağçasından gedir. Bu layihələrin reallaşdırılması nəticəsində bələdiyyələr ildə 200 min avroya qənaət edəcək".

"Bundan başqa, 3 300 meqavat elektrik enerjisinə də qənaət olunacaq ki, bu da ildə 660 ton karbon emissiyasının azaldılması deməkdir", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti