...

Ermənistanda Azərbaycan-Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib (VİDEO) (YENİLƏNİB)

Siyasət Materials 13 Fevral 2026 14:27 (UTC +04:00)
Ermənistanda Azərbaycan-Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib (VİDEO) (YENİLƏNİB)
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ilə dəyirmi masa müzakirəsi keçirilib.

Trend bu barədə cümə günü xəbər verir.

Xatırladaq ki, Azərbaycan nümayəndə heyəti bu gün "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində ikitərəfli dəyirmi masa müzakirəsində iştirak etmək üçün Ermənistana gəlib.

14 fevral tarixində də Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə dəyirmi masa keçiriləcək. Görüşdə hər iki tərəfdən genişləndirilmiş nümayəndə heyəti iştirak edəcək.

Qeyd edək ki, Azərbaycandan olan nümayəndə heyətinin tərkibində Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Emin Əliyev iştirak edir.

Azərbaycan nümayəndə heyəti 19 nəfərlə təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti