...

Bu il kənd təsərrüfatı sahəsində süni intellekt texnologiyalarının tətbiqi genişləndiriləcək - Nazir

İqtisadiyyat Materials 13 Fevral 2026 15:52 (UTC +04:00)
Bu il kənd təsərrüfatı sahəsində süni intellekt texnologiyalarının tətbiqi genişləndiriləcək - Nazir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci ildə ölkədə 129 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunub ki, bunun 5,9 faizi kənd təsərrüfatının payına düşür.

Trend xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə bildirilib.

Müşavirədə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyətlərinin dayanıqlı inkişaf prinsipləri əsasında qurulmasının nazirliyin əsas prioritetlərindən biri olduğunu xatırladıb. O bildirib ki, bağçılıq və heyvandarlıq istiqamətləri üzrə Xocalı, Xocavənd və Laçın rayonlarında ümumilikdə 6 876 hektar torpaq sahəsinin sahibkarların istifadəsinə verilməsi üçün müsabiqəyə çıxarılıb.

Bildirilib ki, 2026-cı ildə kənd təsərrüfatı sahəsində rəqəmsal transformasiyanın sürətləndirilməsi, məlumat əsaslı qərarvermə mexanizmlərinin təkmilləşdirilməsi və süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi də əsas vəzifələrdən olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti