Bakı. Trend:
"Əl-Hilal" müdafiəçisi Xalidu Kulibalinin müqaviləsinin müddətini uzadıb.
Trend xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubu məlumat yayıb.
Seneqal millisinin üzvü ilə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, "Əl-Hilal" Xalidu Kulibalini 2023-cü ilin yayında "Çelsi"dən transfer edib.
