...

Rubio Münhendə Zelenski ilə görüşməyi planlaşdırır

Dünya xəbərləri Materials 13 Fevral 2026 11:20 (UTC +04:00)
Rubio Münhendə Zelenski ilə görüşməyi planlaşdırır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransında Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Düşünürəm ki, o, orada olacaq və bizim onunla görüşmək imkanımız var. Məncə, bu, mənim iş qrafikimdə yer alır, hərçənd buna 100 faiz əmin deyiləm, lakin hesab edirəm ki, bu baş tutacaq”,- deyə Rubio qeyd edib.

Dövlət katibi vurğulayıb ki, ABŞ döyüş əməliyyatlarının başa çatmasını istəyir, çünki insanlar əziyyət çəkirlər. O həmçinin xatırladıb ki, ABŞ münaqişəyə son qoymaq üçün bir ildən artıqdır ki, israrlı şəkildə çalışır.

Qeyd edək ki, Rubionun bu gün Münhen Təhlükəsizlik Konfransında “dəyişən dünya” mövzusunda çıxışı gözlənilir. Daha sonra o Slovakiya və Macarıstana səfərlər etmək niyyətindədir.

Sözügedən konfrans 13-15 fevral tarixlərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti