...

Təhlükəsizlik işçilərinin çevik və cəsarətli reaksiyasına heyran olduq - İtaliya səfirliyi İrandakı terror aktı barədə

Siyasət Materials 27 Yanvar 2023 15:50 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın İrandakı səfirliyinə bu namərd hücum bizi dərindən qəzəbləndirib.

Trend-in məlumatına görə, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyi "Twitter"də bildirib.

"Həlak olanların ailəsinə dərin hüznlə başsağlığı verir. Yaralıların tezliklə sağalmasını arzulayaraq, təhlükəsizlik işçilərinin çevik və cəsarətli reaksiyasına heyran olduğumuzu bildiririk", - deyə qeyd edilib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti