...

Britaniya səfiri Hikmət Hacıyevlə görüşüb

Siyasət Materials 27 Yanvar 2023 17:46 (UTC +04:00)
Britaniya səfiri Hikmət Hacıyevlə görüşüb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev görüşüb.

Trend-in məlumatına görə, bu barədə səfir tvitter hesabında qeyd edib.

"Hikmət Hacıyevlə mühüm görüşüm oldu. Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisinin qətlə yetirilməsi ilə əlaqədar Britaniya hökumətinin başsağlığını çatdırdım. Biz mühüm regional təhlükəsizlik və humanitar məsələləri də müzakirə etdik", - deyə bildirilib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti