...

Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi ABŞ-ın gündəmindəki mühüm məsələdir

Siyasət Materials 28 Yanvar 2023 18:35 (UTC +04:00)
Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi ABŞ-ın gündəmindəki mühüm məsələdir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi ABŞ dövlət katibi Entoni Blinkenin gündəliyində duran mühüm məsələlərdən biridir.

Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Karen Donfrid “Amerikanın səsi”nin erməni xidmətinə müsahibəsində bildirib.

"Biz inanırıq ki, hər iki tərəf bu prosesə sadiqdir. Biz sülhə nail olmaq üçün qəbul edilməli olan çətin qərarların həm Bakıda, həm də İrəvanda qəbul edilməli olduğunu anlayaraq hər cür yardım etməyə hazırıq", - deyə K.Donfrid bildirib.

Onun sözlərinə görə, bura sərhədin demarkasiyası və ölkələr arasında nəqliyyat əlaqələrinin bərpası da daxil olmaqla çoxsaylı mürəkkəb məsələlərin müzakirəsi daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti