...

Səfirliyimizə qarşı törədilən terror aktında yaralanan həmkarlarımızın təxliyyəsi başa çatıb - XİN (FOTO)

Siyasət Materials 30 Yanvar 2023 00:45 (UTC +04:00)

Bakı. Trend:

29 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının, onların ailə üzvlərinin, səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində yaralanmış həmkarlarımızın təxliyyəsi başa çatıb.

Trend-in məlumaına görə, bu barədə Xarici İşlər Nazirliyi öz "Twitter" səhifəsində yazıb.

"Allah şəhidimiz Orxan Əsgərova rəhmət eləsin!", - deyə nazirlik bildirib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti