...

Prezident İlham Əliyev: Azərbaycanla Macarıstanı birləşdirən təməl amillər bizim dünyaya ortaq baxışlarımızdır

Siyasət Materials 30 Yanvar 2023 21:22 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycanla Macarıstanı birləşdirən təməl amillər bizim dünyaya ortaq baxışlarımızdır

Bakı. Trend:

Həqiqətən Macarıstan və Azərbaycan həm strateji tərəfdaşlardır, eyni zamanda, yaxın dost ölkələrdir. Hazırda bizi birləşdirən bir çox bağlar var. Amma hesab edirəm ki, onların arasında təməl amillər bizim dünyaya olan ortaq baxışlarımızdır. Bu, bizi daha da bir-birimizə sıx bağlayır və dostluğumuzu daha da gücləndirir.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə onun və Birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən rəsmi naharda söyləyib.

Dövlətimizin başçısı deyib: “Milli ənənələrə sadiqlik, ailə dəyərlərinin qiymətləndirilməsi kimi prinsiplər bizim həyat prinsiplərimizdir. Həm ikitərəfli münasibətlərə baxışlarımız eynidir, həmçinin dünyada gedən prosesləri də biz eyni prizmadan qiymətləndiririk”.

Baş nazir Viktor Orbanla artıq on ildən çoxdur dostluq etdiklərini bildirən Prezident İlham Əliyev bildirib ki, hər bir fürsətdən yararlanaraq ölkələrimiz üçün vacib olan məsələləri müzakirə etmək və onları həll etmək istəyirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti