...

Cinsi zorakılığa görə məhkum edilənlər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək

Siyasət Materials 1 Fevral 2023 17:55 (UTC +04:00)
Cinsi zorakılığa görə məhkum edilənlər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək

Bakı. Trend:

Pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərin siyahısı genişləndirilib.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Təhsil haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.

Həmçinin, ümumi təhsil müəssisələri tərəfindən yetkinlik yaşına çatmayanların öz inkişaf səviyyələrinə uyğun cinsi istismar və cinsi zorakılıq təhlükələri, habelə özünü müdafiə vasitələri barədə məlumat almaları təmin edilir. Bu zaman onlara cinsi tərbiyəyə dair ümumi məlumat verilir, təhlükəli vəziyyətlərə, xüsusilə yeni informasiya və kommunikasiya texnologiyalarından istifadədən irəli gələn hallara xüsusi diqqət yetirilir. Belə məlumatların təqdim edilməsinə yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri cəlb edilə biləcəklər.

Analoji dəyişikliklər “Ümumi təhsil haqqında” qanuna da edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti