...

Rumıniya Prezidenti Klaus Yohannis Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Siyasət Materials 3 Fevral 2023 11:00 (UTC +04:00)
Rumıniya Prezidenti Klaus Yohannis Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Bakı. Trend:

Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Şəhidlər xiyabanını ziyarət edib.

Trend xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rumıniya Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Rumıniyanın və Azərbaycanın Dövlət himnləri səsləndirildi.

Xəbər lenti

Xəbər lenti