...

Ceyhun Bayramov Azərbaycanın Tehrandakı səfirliyinə hücum zamanı yaralananları ziyarət edib (FOTO)

Siyasət Materials 5 Fevral 2023 18:32 (UTC +04:00)
Ceyhun Bayramov Azərbaycanın Tehrandakı səfirliyinə hücum zamanı yaralananları ziyarət edib (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Tehrandakı səfirliyinə hücum zamanı yaralananları ziyarət edib.

Trend xəbər verir ki, bu barədə bazar günü XİN-in "Twitter" hesabındakı paylaşımda deyilir.

"Bu gün, xarici işlər naziri Ceyhun Bayramov 27 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı nəticəsində xəsarət almış həmkarlarımız Vasif Tağıyev və Mahir İmanovu ziyarət edib, hazırda vəziyyətləri qənaətbəxş hesab olunan həmkarlarımıza şəfa arzulayıb", - deyə paylaşımda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti