...

Sahibə Qafarova Azərbaycanın Misirdəki səfirliyində olub (FOTO)

Siyasət Materials 8 Fevral 2023 10:43 (UTC +04:00)
Sahibə Qafarova Azərbaycanın Misirdəki səfirliyində olub (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Misir Ərəb Respublikasında səfərdə olan parlament nümayəndə heyəti ölkəmizin buradakı səfirliyinə gəlib.

Milli Məclisin sədri səfirliyin inzibati binasının foyesində ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, müasir Azərbaycan dövlətçiliyinin memarının əziz xatirəsini ehtiramla yad edib.

Sonra səfir Elxan Poluxov səfirliyin fəaliyyəti barədə Milli Məclisin sədrinə ətraflı məlumat verib.

Parlamentin sədri səfirlik əməkdaşlarının fəaliyyəti üçün burada yaradılmış şəraitlə tanış olub, onlara gələcək fəaliyyətləri ilə bağlı tövsiyələrini verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti