...

Əfv Məsələləri Komissiyası daha 100 müraciətə baxıb

Siyasət Materials 14 Fevral 2023 15:32 (UTC +04:00)
Əfv Məsələləri Komissiyası daha 100 müraciətə baxıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Trend xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb. Bununla da iclaslarda baxılan məsələlərin sayı 600-ü ötüb.

Ümumilikdə, komissiyanın 5 iclası ərzində əfvlə bağlı 600-dən artıq müraciətə baxılıb və müvafiq qərarlar verilib.

Növbəti iclasın fevral ayının 23-də keçiriləcəyi nəzərdə tutulur.

Azərbaycanda ötən il imzalanan sonuncu əfv sərəncamına əsasən, ümumilikdə 213 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti