...

"Tehran−43" konfransının gizli qəhrəmanı Məmmədhüseyn Əsədov gənc olsa da, təcrübəli idi - Azər Qarayev (VİDEO)

Siyasət Materials 24 Fevral 2023 15:37 (UTC +04:00)
"Tehran−43" konfransının gizli qəhrəmanı Məmmədhüseyn Əsədov gənc olsa da, təcrübəli idi - Azər Qarayev (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Məlumdur ki, 1941-1945-ci illərdə bütün SSR-i məkanında olan dövlətlərin nümayəndələri İkinci Dünya müharibəsində iştirak edib. Azərbaycandan da 700 minə yaxın adam müharibədə iştirak edib. Müharibədə 100-dən çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adı alıb. Lakin onların arasında kəşfiyyatçı olub-olmaması haqqında heç bir məlumat yox idi. Biz arxivə müraciət elədik. Arxivə baxanda bizim diqqətimizi Məmmədhüseyn Əsədov cəlb elədi.

Bunu "Real" TV-yə müsahibəsində Azərbaycan təhlükəsizlik orqanlarının və Birinci Qarabağ müharibəsinin veteranı, DTX-nin fəxri əməkdaşı, istefada olan polkovnik Azər Qarayev deyib.

"Məmmədhüseyn Əsədov o dövrdə Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyət göstərirdi. Sənədləri vərəqləyəndə gördük ki, 1943-cü ildə Moskvadan Azərbaycanın Təhlükəsizlik Komitəsinə müraciət olunub ki, İranda işləmək üçün bizə adam lazımdır. Həmin adam fars, ingilis və alman dilini bilməlidir. Azərbaycandan bir neçə namizəd Moskvaya göndərilir. Moskva Məmmədhüseyn Əsədovu namizədlər arasından seçir. Məmmədhüseyn Əsədov gənc olsa da, təcrübəli idi. O seçilərkən əks-kəşfiyyat şöbəsində işləyirdi. Rəsmi Moskvanın onu seçməkdə marağı həm də Məmmədhüseyn Əsədovun İranla qohumluq əlaqələri idi. Onu İrana Xarici Ticarət Nazirliyinin əməkdaşı kimi göndərmişdilər. Əlbəttə ki, onun əsas işi İranda kəşfiyyat aparmaq idi. O dövrdə də İranda Amerikanın, İngiltərənin, SSR-nin hərbi birləşmələri var idi. Məmmədhüseyn Əsədov İranda bir neçə müddət fəaliyyət göstərdikdən sonra öz agentindən məlumat alır ki, Tehranda Ruzvelt, Stalin Və Çörçilin görüşü planalaşdırılır”, - deyə o qeyd edib.

Bütn bunlarla bağlı Azərbaycan təhlükəsizlik orqanlarının və Birinci Qarabağ müharibəsinin veteranı, DTX-nin fəxri əməkdaşı, istefada olan polkovnik Azər Qarayev REAL TV-yə müsahibə verib.

Həmin müsahibəni təqdim edirk.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti