Bakı. Trend:
Yunanıstanda Larissa yaxınlığında onlarla insanın həyatına son qoyan dəhşətli qatar qəzası bizi dərindən kədərləndirdi.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
“Bütün qurbanların yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Fikirlərimiz Yunanıstan xalqı və hökuməti ilədir”, - nazirliyin məlumatında deyilir.
Qeyd edək ki, Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 36 nəfər ölüb, 85 nəfər yaralanıb.