...

Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi tam ədalətlidir - Kubanın vitse-prezidenti

Siyasət Materials 1 Mart 2023 17:40 (UTC +04:00)
Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi tam ədalətlidir - Kubanın vitse-prezidenti
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi tam ədalətlidir.

Trend-in məlumatına görə, bunu Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesa bu gün Milli Məclisdə sədr Sahibə Qafarova ilə görüş zamanı deyib.

O qeyd edib ki, Kuba Azərbaycanla qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində və genişləndirilməsində maraqlıdır.

Vitse-prezident Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirib. O, Kuba və Azərbaycan arasında parlamentlərarası, səhiyyə, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Vitse-prezident, BMT Baş Assambleyasında Kuba ilə əlaqədar təqdim olunan qətnamələrə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti