Bakı. Trend:
Azərbaycansız Avropa və Cənubi Qafqazda sabitliyə nail olmaq mümkün deyil.
Trend-in məlumatına görə, bunu çərşənbə günü Serbiyanın keçmiş prezidenti Boris Tadiç 10-cu Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransında deyib.
Serb siyasətçi qeyd edib ki, Bakı Avropaya qaz nəqli və onun enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində mühüm elementdir.
Tadiç qeyd edib ki, geosiyasi hadisələr Avropada enerji vəziyyətini dəyişib və Azərbaycan Avropaya dəyərli alternativ təqdim edib.