...

İcma: Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaları sülhün zəruri şərtidir

Siyasət Materials 23 Mart 2023 21:03 (UTC +04:00)
İcma: Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaları sülhün zəruri şərtidir
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistandan qovulmuş azərbaycanlılarla bağlı martın 23-də verdiyi bəyanata münasibət bildirib.

Bu barədə Trend-ə Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Qeyd edilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan martın 23-də bəyanat verərək Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtma hüququna xələl yetirməyə çalışıb.

Ermənistanın hökumət başçısı Qərbi Azərbaycan mövzusunu ərazi məsələsi kimi təqdim etməyə çalışıb. Azərbaycanlıların indiki Ermənistandan qovulana qədər orada kompakt yaşamış olmaları faktını qeyd etməklə bərabər vurğulamaq istərdik ki, Qərbi Azərbaycan mövzusu insan hüquqları məsələsidir və bu məsələ Ermənistan hökumətinin etnik təmizləmə siyasəti və bu siyasətin nəticələrini aradan qaldırmaqdan imtina etməsi nəticəsində gündəliyə gəlib.

"Biz Ermənistan adlanan ərazinin qanuni sakinləriyik və evlərimizə geri qayıtmaq bizim mütləq və əzəli hüququmuzdur.

Ermənistanın baş naziri başqa ölkələrdə etnik azlıqların vəziyyəti ilə bağlı iftira atmaq əvəzinə, Ermənistandan qovulmuş azərbaycanlı sakinlərin geri qayıtmasına qeyd-şərtsiz şərait yaratmalı, orada azərbaycanlıların yaşamış olduğu məntəqələrdə həyata keçirdiyi qeyri-qanuni məskunlaşma siyasətinə və Azərbaycan mədəni irsin dağıdılmasına son verməlidir.

Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaları azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində həll edilməlidir. Ermənistandan qovulmuş azərbaycanlılar öz evlərinə qayıtması və onların orada fərdi və kollektiv hüquqları təmin edilməsi regionda davamlı sülhün zəruri şərtidir", - deyə açıqlamada vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti