...

İsrail və Azərbaycan İranın təhdidini bölüşür - Eli Kohen

Siyasət Materials 29 Mart 2023 11:55 (UTC +04:00)
İsrail və Azərbaycan İranın təhdidini bölüşür - Eli Kohen

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və İsrail İranın təhdidini bölüşür.

Trend-in məlumatına görə, bunu İsrail xarici işlər naziri Eli Kohen azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.

"İran regionumuzu təhdid edir, terrora dəstək verib maliyyələşdirməklə Yaxın Şərqdə qeyri-stabillik yaradır. Biz İrana qarşı birgə hərəkət etməliyik. İranın nüvə imkanlarını genişləndirməsinə imkan verməməliyik", - deyə o əlavə edib.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.

Səfər çərçivəsində 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti