...

Medianın vergilərdən azad olunması Prezident İlham Əliyev tərəfindən medianın inkişafına verilən çox mühüm dəstəkdir - Elçin Mirzəbəyli

Siyasət Materials 1 Aprel 2023 22:37 (UTC +04:00)
Medianın vergilərdən azad olunması Prezident İlham Əliyev tərəfindən medianın inkişafına verilən çox mühüm dəstəkdir - Elçin Mirzəbəyli

Bakı. Trend:

Medianın vergilərdən azad olunması Prezident İlham Əliyev tərəfindən medianın inkişafına verilən çox mühüm dəstəkdir.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

"Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin isə əlavə dəyər vergisindən 3 il müddətinə azad olunması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən peşəkar medianın inkişafına və media subyektlərinin iqtisadi müstəqilliklərinin təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərə verilən çox mühüm dəstəkdir. Qısa bir zaman kəsiyindən sonra peşəkar media subyektləri dövlət başçısının müvafiq Fərmanı ilə qüvvəyə minən Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun, daha qısa və aydın ifadə etsək, vergi güzəştlərinin təsirini öz fəaliyyətlərində ciddi şəkildə hiss edəcəklər", - deyə E.Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, sözügedən əlavə və dəyişiklər, eyni zamanda sosial şəbəkələrlə peşəkar media resursları arasındakı qeyri-bərabər rəqabətin mümkün qədər aradan qaldırılmasına, media sektorundakı sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına, reklam bazarının və biznes mühitinin kənar təsirlərdən sığortalanmasına və Azərbaycan mediasının, informasiya məkanının qorunmasına xidmət edir.

"Çap və onlayn mediaya münasibətdə davamlı olaraq tətbiq edilən və bir-biri ilə zəncirvari formada əlaqəli olan vergi güzəştləri paketləri, bütövlükdə ölkəmizdə media sahəsində həyata keçirilən islahatların tərkib hissəsi kimi də mühüm əhəmiyyətə malikdir. Qəbul edilən qərarlar, atılan addımlar islahatların konseptual əsaslı olduğunu, sistemli şəkildə həyata keçirildiyini və “yol xəritəsi”nə uyğun irəliyə doğru aparıldığını nümayiş etdirir.

Cənab Prezidentə mediaya yeni vergi güzəştlərinin tətbiqi ilə bağlı fərmanına və təbii ki, bütövlükdə Azərbaycan mediasına davamlı dəstəyinə görə dərin minnətdarlığımı bildirirəm", - deyə siyasi şərhçi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti