...

Azərbaycan ATƏT-də önəmli rola sahibdir - Buyar Osmani

Siyasət Materials 12 Aprel 2023 12:48 (UTC +04:00)
Azərbaycan ATƏT-də önəmli rola sahibdir - Buyar Osmani
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ATƏT-də önəmli rola sahibdir.

Trend-in məlumatına görə, bu barədə Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, dayanıqlı sülh təmin olunmalıdır. Azərbaycan və xalqı buna layiqdir.

"Avropa regionunda konsensus əsasında ölkələrin ərazi bütövlüyünün təmin olması ilə ATƏT öz potensialı və resurslarından istifadə edərək təhlükəsizliyi təmin etməlidir. Azərbaycan kimi ölkələrin rolu burada böyükdür. ATƏT-in baxışı inklüziv və əhatəli olmalıdır. Həm Azərbaycan, həm də regionda yaşayanlar üçün dayanıqlı sülh təmin olunmalıdır", - B.Osmani bildirib.

Qeyd edək ki, bu gün xarici işlər naziri Ceyhun Bayramovla Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti