...

Azərbaycanla Ermənistan arasında dioloqu təşviq edən təşəbbüsləri dəstəkləyirəm - ATƏT sədri

Siyasət Materials 12 Aprel 2023 12:49 (UTC +04:00)
Azərbaycanla Ermənistan arasında dioloqu təşviq edən təşəbbüsləri dəstəkləyirəm - ATƏT sədri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında dioloqu təşviq edən təşəbbüsləri dəstəkləyirəm.

Trend-in məlumatına görə, bu barədə Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Bütün tərəfləri sülh əsaslı mexanizmlərdən istifadə etməyə çağırıram. Azərbaycan və Ermənistan arasındakı münaqişə və digər münaqişələr sülhlə həll olunmalıdır. ATƏT sədri olaraq sülhü təşviq edən təşəbbüsləri dəstəkləyirəm. Biz bu çağırışları, çətinlikləri yaşamışıq. Biz bilirik ki, bu, necə ağrılıdır. Bu münaqişələr nə qədər çətin olsa da, dialoqa mane olan hallar dəf oluna bilər, biz, insanlarımızı qoruya bilərik. Etibarlılığın yaradılması, döyüş meydanından uzaqlaşmağa, danışıqlar masasına yaxın olmağa çağırırıq", - B.Osmani vurğulayıb.

Qeyd edək ki, bu gün xarici işlər naziri Ceyhun Bayramovla Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti