Sofiya. Trend:
Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Bu həcmə Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat da aiddir.
Trend çərşənbə axşamı xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində deyib.
"Əlbəttə ki, yaşıl enerjinin əsas ixrac istiqaməti Avropadır. Beləliklə, biz fəal enerji diplomatiyamızı davam etdiririk", - Prezident İlham Əliyev bildirib.