Bakı. Trend:
8 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Litva Respublikasına rəsmi səfəri başlayıb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun Litva Respublikasının dövlət rəsmiləri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasına həmsədrlik etməsi nəzərdə tutulub.