...

Qarabağın minalardan təmizlənməsi üçün əlimizdən gələni edəcəyik - Heidi Kühnün

Siyasət Materials 9 May 2023 13:21 (UTC +04:00)
Qarabağın minalardan təmizlənməsi üçün əlimizdən gələni edəcəyik - Heidi Kühnün
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağın minalardan təmizlənməsi üçün əlimizdən gələni edəcəyik.

Bu barədə Trend-ə açıqlamasında Füzuliyə səfəri zamanı “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühnün deyib.

"Biz Qarabağı yenidən dirçəltmək üçün töhfəmizi verəcəyik. Hazırda burada cəsur ANAMA işçiləri ilə birlikdəyik. Qarabağ adının gözəl mənası var. Amma hazırda minaların yaratdığı təhlükə bu gözəlliyə kölgə salır. Bu mənim Qarabağa ikinci səfərimdir. İlk səfərim dostum Umud Mirzəyevin dəvəti ilə oldu. Həmin səfərimdə Qarabağda 8 ədəd tank əleyhinə minanı zərərsizləşdirdik. Mən burada bir ana olaraq dayanıram. Dünyanın üzləşdiyi ən böyük problem olan minaya qarşı birlikdə olmalıyıq", - deyə o qeyd edib.

Qarabağa ikinci səfərindən bəhs edən Kühnün Füzuli aeroportunu və Qarabağda aparılan bərpa-yenidən quruma işlərinə şahidlik etməyin xoş olduğunu bildirib.

"Üçüncü səfərimdə buranın tamamilə bərpa olunduğunu, minalardan təmizləndiyini görməyi arzu edirəm", - deyə o əlavə edib.

Qeyd edək ki, minaların təmizlənməsi və müharibənin təsirinə məruz qalmış ərazilərin yenidənqurulması və bərpası məqsədilə yaradılmış “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühnün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı Azərbaycana səfəri başlayıb.

Səfərin məqsədi ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud mina probleminin miqyası, bu problemin Böyük Qayıdışa və regionda sabitlik, davamlı sülhə yaratdığı maneələrin dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, “Minalardan üzümlüklərə” devizi altında minalarla çirklənmiş ərazilərin əkin sahələrinə çevrilməsinə dəstək göstərmək, eləcə də Beynəlxalq Analar Günü münasibətilə azərbaycanlı analarla birlikdə mina problemi ilə bağlı dünya qadınlarına qlobal müraciət etməkdir.

Səfər zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, BAMF-ın prezidenti Umud Mirzəyev və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri müşayiət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti