...

Ermənistana bu PUA-ları kimin verdiyi məlumdur - Azay Kərimov açıqladı

Siyasət Materials 18 May 2023 12:44 (UTC +04:00)
Ermənistana bu PUA-ları kimin verdiyi məlumdur - Azay Kərimov açıqladı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın mayın 18-i Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı döyüş PUA-ları tətbiq etməklə sülh danışıqlarını əngəlləməyə çalışır.

Bunu Trend-ə hərbi ekspert Azay Kərimov deyib.

Onun sözlərinə görə, Ermənistana PUA-ları Fransa və İran verir. “Ermənistanın dronları yox idi, Ermənistan bu dronları haradan alıb, kim verib dronları? Əlbəttə aydın məsələdir. İran və Fransa verib dronları. Məlumdur ki, bir neçə gün öncə Brüsseldə danışıqlar oldu, müxtəlif razılaşmalar əldə olundu. Lakin Ermənistan həmişəki kimi öz xislətini göstərir, danışıqlar prosesini pozmaq məqsədilə təxribatlar törədirlər”, - deyə o qeyd edib.

A.Kərimov vurğulayıb ki, Ermənistan hər zaman bu cür ziddiyətli addımlar atır. “Ermənistan danışıqlara gedir lakin sonradan xarici qüvvələrin dəstəyi ilə regionda sabitliyi pozmağa, sülh danışıqlarını əngəlləməyə çalışırlar”, - deyə o əlavə edib.

Qeyd edək ki, mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.

Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti