...

YAP nümayəndə heyəti Türkiyədə görüş keçirib (FOTO)

Siyasət Materials 25 May 2023 17:25 (UTC +04:00)
YAP nümayəndə heyəti Türkiyədə görüş keçirib (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

İstanbul. Trend:

Türkiyə Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Həzrəti Əbu Talıb Məscidində Qars və İğdırdan olan sakinlərlə görüş keçirib.

Trend xəbər verir ki, görüşdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin deputatları Elşad Mirbəşiroğlu, Vüqar İskəndərov, Ceyhun Məmmədov, AK Parti Başakşehir rayon təşkilatının sədri Sebahatdin Kayas, İstanbul 3-cü bölgə millət vəkili Şamil Ayrım, Milliyyətçi Hərəkat Partiyasının millətvəkili namizədi Gökhan Türkeş iştirak edib.

Onlar Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini söyləyiblər və bu qarşılıqlı əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər.

Sonda xatirə şəkili çəkdirilib.

Xəbər lenti

Xəbər lenti