...

Milli Məclis "Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişi ratifikasiya edib

İqtisadiyyat Materials 30 May 2023 11:58 (UTC +04:00)
Milli Məclis "Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişi ratifikasiya edib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclis “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişi ratifikasiya edib.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi məsələsi daxil edilib.

Sənədə əsasən, Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT iştirakçı Dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.

Fondun Nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır. Nizamnamə kapitalı hər birinin nominal dəyəri 50 min dollar olan 10 min paya bölünüb.

Türk İnvestisiya Fondunun təsisçiləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğız respublikalarıdır.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti