...

Prezident İlham Əliyev: Ortamüddətli perspektivdə Azərbaycan “yaşıl enerji” ixracatçısına çevrilməyi hədəfləyir

Siyasət Materials 31 May 2023 12:08 (UTC +04:00)
Prezident İlham Əliyev: Ortamüddətli perspektivdə Azərbaycan “yaşıl enerji” ixracatçısına çevrilməyi hədəfləyir

Bakı. Trend:

Azərbaycan malik olduğu zəngin təbii ehtiyatlardan istifadə etməklə, alternativ və bərpa olunan enerji istehsalının artırılmasına, dekarbonizasiya və enerji mənbələrinin diversifikasiyası kimi qlobal gündəliyə mühüm töhfələr verir. Ortamüddətli perspektivdə ölkəmiz alternativ mənbələrdən əldə olunan elektrik enerjisinin və “yaşıl enerji”nin ‒ hidrogenin ixracatçısına çevrilməyi hədəfləyir.

Trend xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı bildirib ki, xüsusilə işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı layihələrin həyata keçirilməsi, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonasının yaradılması ölkəni alternativ enerji istehsalçısı və ixracatçısına çevirəcək.

“Enerji keçidində “Cənub Qaz Dəhlizi” layihəsinin strateji önəminin daha da artmasını nəzərə alaraq, TANAP və TAP layihələrinin genişləndirilməsi Azərbaycan üçün artıq aktual mövzuya çevrilmişdir. Cənub Qaz Dəhlizinin 2027-ci ilədək genişləndirilməsi və enerji resurslarının nəqli ilə bağlı digər perspektivlər şaxələndirilmiş enerji təchizatında və tərəfdaşlarımızın enerji təhlükəsizliyində ölkəmizin strateji rolunun daha da güclənməsinə xidmət edəcəkdir”, - deyə məktubda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti