...

İnvestisiya müsabiqəsinin keçirilməsi qaydaları dəyişdi

Siyasət Materials 5 İyun 2023 18:07 (UTC +04:00)
İnvestisiya müsabiqəsinin keçirilməsi qaydaları dəyişdi

Bakı. Trend:

Prezident İlham Əliyev “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Trend xəbər verir ki, fərmana əsasən, bundan sonra müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçılardan tələb edilmir.

Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçıların razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya iddiaçılar tərəfindən təmin edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti