...

Ermənistan və Azərbaycan üçün ilk dəfə olaraq sülh əlçatandır - Ceyhun Bayramov

Siyasət Materials 7 İyun 2023 18:44 (UTC +04:00)
Ermənistan və Azərbaycan üçün ilk dəfə olaraq sülh əlçatandır - Ceyhun Bayramov

Bakı. Trend:

Ermənistan və Azərbaycan arasında təxminən otuz ildir davam edən silahlı münaqişənin başa çatması və dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət etmək öhdəliyi götürməsi nəticəsində öz müstəqilliklərini bərpa etdikdən sonra hər iki ölkə üçün ilk dəfə olaraq sülh əlçatandır.

XİN-dən Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib.

“Üçtərəfli Bəyanat əsasında silahlı münaqişə sona çatdıqdan sonra, 30 illik hərbi işğal dövründə Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal iş aparır. Münaqişənin başa çatması sülhün qurulması, sabitliyin möhkəmləndirilməsi, dinc birgə yaşayışın təmin edilməsi, barışıq gündəliyinin irəliyə aparılması, iqtisadi inkişafa və əməkdaşlığa sərmayə qoyuluşu üçün imkan və real perspektivlər gündəmə gətirir”, - deyən Azərbaycanın xarici işlər naziri ölkəsinin bu yanaşma ilə Ermənistana münaqişədən sonrakı normallaşma gündəliyini təklif etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti