...

Britaniya universitetləri azərbaycanlı tələbələr arasında ən populyardır - Səfir

Siyasət Materials 22 İyun 2023 19:56 (UTC +04:00)
Britaniya universitetləri azərbaycanlı tələbələr arasında ən populyardır - Səfir

Bakı. Trend:

Britaniya universitetləri azərbaycanlı tələbələr arasında ən populyardır.

Trend-in cümə axşamı verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould bu gün Bakıda keçirilən, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramına - Kral III Çarlzın doğum gününə həsr olunmuş tədbirdə deyib.

O qeyd edib ki, bu ay Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Uorvik Universiteti arasında bərpa olunan və dayanıqlı enerji üzrə magistr dərəcəsi üzrə ilk Britaniya-Azərbaycan ikili diplom proqramı haqqında razılıq əldə olunub.

“Bu ay Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycana birinci dəfə deyil, artıq 9-cu dəfə səfər edib. O, dövlət başçısı və digər rəsmi şəxslərlə, o cümlədən energetika naziri ilə mühüm müzakirələr aparıb”, - deyə səfir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti