...

Vaşinqton görüşü göstərdi ki, müəyyən məsələlərlə bağlı artıq fikir ayrılığı yoxdur - ŞƏRH

Siyasət Materials 30 İyun 2023 12:22 (UTC +04:00)
Vaşinqton görüşü göstərdi ki, müəyyən məsələlərlə bağlı artıq fikir ayrılığı yoxdur - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşü irəliyə atılmış addımdır. Məndə belə bir təəssürat var ki, həm Azərbaycan tərəfi, həm də Ermənistan tərəfi Blinkenin iştirakı ilə keçirilən görüşə müsbət baxır və hər iki tərəfdə ABŞ-ın dövlət katibi Entoni Blinkenə bir etimad var.

Bunu Trend-ə politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, etimadın olması olduqca vacib məqamlardan biridir. “Eyni zamanda biz Brüsseldə keçirilən görüşlərdə də Azərbaycan və Ermənistan liderləri tərəfindən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə böyük bir etimad olduğu gördük və ona görə də həm Vaşinqton, həm də Brüssel formatının irəliyə doğru addım olduğunu əmin şəkildə qeyd edə bilərik”, - deyə politoloq bildirib.

Onun fikrincə, ancaq məsələlərə eyni zamanda regional ölkələr konteksində baxmaq lazımdır. “Burada heç də hər şey Brüsseldəki və Vaşinqtondakı görüşlərdən asılı deyil çünki Qarabağda seaparatçılara bir çox hallarda Rusiyanın təsir imkanları daha çoxdur nəinki Ermənistanın və yaxud digər ölkənin.

Hər halda Vaşinqton görüşü göstərdi ki, müəyyən məsələlərlə bağlı artıq fikir ayrılığı yoxdur”, - deyə o əlavə edib.

Qeyd edək ki, iyunun 27-dən 29-dək ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu keçirilib.

Danışıqların birinci günü ABŞ dövlət katibi Entoni Blinken Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində bağlı qapılar arxasında Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdən sonra Blinken iki ölkənin xarici işlər naziri ilə birinci plenar iclasda iştirak edib. Daha sonra nazirlər danışıqları ikitərəfli formatda davam etdiriblər, danışıqlar fasilələrlə 4-5 saat davam edib.

Danışıqların ikinci günü ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın iştirakı ilə üçtərəfli formatda görüş keçirilib.

Bundan sonra iki ölkənin XİN başçısının ikitərəfli görüşü keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti