...

Xankəndinə çatırıq - Separatçılara "GƏLİRİK" mesajı

Siyasət Materials 22 İyul 2023 13:14 (UTC +04:00)
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərə səfərlərinə davam edir. Dövlət başçısı bu dəfə yenidən 30 il erməni işğalından əziyyət çəkən həmən torpaqlara ayaq basdı, orada gedən bərpa, quruculuq, yenidənqurma işləri ilə özü şəxsən yerindəcə tanış oldu. Onun hər dəfə Qarabağa səfəri Ermənistana havadarlarına bir və bir neçə mesajı ilə yadda qalır. Bu dəfə də bu hal istisna olmadı.

Ölkə başçısının Qarabağı səfərləri zamanı Şuşaya baş çəkməsi ənənəyə çevrilib. Amma onun bu dəfə Qarabağ səfəri çərçivəsində xüsusilə də Xocalının Çanaqçı və Sığnaq kəndlərinə səfəri işğaldan azad edilmiş digər bölgələrə ziyarətindən bir qədər fərqli idi. Nəzərə almaq lazımdır ki, dövlət başçısı Xocalıya hansı proseslərin cərəyan etdiyi bir dövrdə baş çəkdi.

Qarabağın dağlıq hissəsində Rusiya sülhməramlımkontingentinin müvəqqəti nəzarət zonasındakı qondarma rejim "başçılarının" rəhbərliyi ilə Azərbaycana qarşı "aksiya" şousu davam etdiyi, separatçıların Xocalı istiqamətində fəallıq göstərdikləri bir vaxtda Azərbaycan Prezidentinin məhz Çanaqçı və Sığnaq kəndlərinə səfəri bir daha Azərbaycan dövlətinin iradəsini, mövqeyində nə qədər qətiyyətli olduğunu və revanşist qüvvələrə qarşı barışmaz, güzəştsiz mövqeyinin açıq-aydın nümayişi idi.

Bu səfərə eyni zamanda Rusiya prizmasından nəzər salmaq da yerinə düşər. Hər kəsə son vaxtlar Bakı ilə Moskva arasında diplomatik söz atışmalarının olduğu gün kimi aydındır. Daha dərinə getsək, o da məlumdur ki, Qarabağın dağlıq hissəsindəki "aksiya" şousunda Rusiya sülhməramlılarının da yardımı var. BUnun isə haradan sifariş edildiyi məlumdur. Bütün bu hadisələr konteksində digər yandan da Rusiya sülhməramlı kontingentinin əsas qərargahının məhz Xocalı rayonunda yerləşdiyini də unutmaq olmaz. Digər yandan da Qarabağın erməni əhalisinin reinteqrasiyasına qarşı ciddi “müqavimət” göstərən separatçılar Xocalıda sülhməramlıların qərargahı önündə aksiya keçirirdilər.

Bu qədər qarışıq məqamların bol olduğu hadisələr fonunda Prezident İlham Əliyevin Xocalının kəndlərinə səfəri həm Ermənistana, eyni zamanda onun hamilərinə bu torpağın gerçək sahibinin kim olduğunu nümayiş etdirmək baxımından olduqca önəmli mesaj idi.

Prezident İlham Əliyevin Ermənistana, onların maliyyələşdirdiyi, silahlandırdığı qondarma rejim qalıqlarına və havadarlarında ən böyük mesajları isə ötən gün “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışında öz əksini tapdı.

"İkinci Qarabağ müharibəsi dövründə və müharibədən sonra Ermənistana yaxınlığı ilə seçilən ölkələr öz ermənipərəst mövqelərini daha gizlədə bilmədilər, yaxud da bunu istəmədilər", - dövlət başçısı Şuşada açıqlamalarından birində deyib.

Prezident bununla növbəti dəfə ilana (Ermənistan) zəhər verən dövlətləri, onlara hamilik etməyə çalışan siyasətçiləri Azərbaycan dövlətinin və xalqının unutmadığını və unutmayacağı mesajını vermiş olub.

Onların bu ermənipərəst mövqelərinin, erməni sevdalarının müəyyən dərəcədə Azərbaycanın həmin ölkələrlə münasibətlərinin gərginləşməsinə gətirib çıxardığını vurğulayan Prezident İlham Əliyev bildirib: “Ancaq bu o demək deyil ki, bu, əbədi belə olacaq. Bu mərhələ də başa çatacaq, yeni mərhələ açılacaq. Əsas odur ki, sənin gündəliyin olsun. Biz postmüharibə dövründə hər şeyi ardıcıllıqla etmişdik, bir addım əvvəlki addımın məntiqi davamı idi. Biz hədəfə doğru gedirdik, gedirik və bir çox hədəflərə çatmışıq. Bəzi hədəflər var, onlara çatmamışıq, amma onlara da çatacağıq”.

Bakının İrəvana təklif etdiyi 5 maddəlik sülh paketi beynəlxalq aləmdə dəstək qazanırsa, Azərbaycanın yaratdığı geosiyasi reallıqlar bu gün artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunursa, bu reallıqları artıq Ermənistan rəhbərliyinin də qəbullanmağa başladığını zaman-zaman etdikləri açıqlamalardan aydın sezmək mümkündürsə, demək də Prezident İlham Əliyevin də qeyd etdiyi kimi biz bir çox hədəflərə çatmışıq.

Çatmağımıza az qalan, hətta çox yaxınında olduğumuz məsələlər isə artıq hər kəsə bəllidir:

⚫️ Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası

⚫️ Qarabağdakı separatçı quldur dəstələrinin Azərbaycan ərazilərindən tamamilə çıxarılması.

Dövlət başçısı açıq şəkildə rəsmi Bakının yaratdığı postkonflikt reallıqlarını qəbul etməyən qüvvələrə, Ermənistan və hamilərini bildirdi ki, Azərbaycan qarşısına qolyduğu bütün hədəflərə çatmaq üçün əlindən gələni edir və edəcək. Burada da yaxın gələcəkdə Azərbaycan üçün əsas vəzifə olan ərazi bütövlüyünün, suverenliyinin və təhlükəsizliyinin tam təmin olunması məsələsində priorotet məsələlərdən bəhs edildiyi istisna edilmir. Çünkü hazırda Azərbaycan ərazisində olan qondarma rejim qalıqlarının təmizlənməsi, onların Qarabağdan tamamilə çıxarılması məsələsində qərarlıdır və bu istiqamətdə artıq ciddi proseslər gedir.

"Erməni azlığının hüquqları və təhlükəsizliyi Konstitusiyamıza uyğun qorunacaq", - bildirən Prezident İlham Əliyev bununla növbəti dəfə digər xalqların nümayəndələrinə Azərbaycanda hansı hüquqlar, səlahiyyətlər verilirsə, ermənilərə də eyni hüquqların veriləcəyini bildirmiş oldu ki, bu da növbəti dəfə anti-Azərbaycan təbliğatı aparan, guya Azərbaycanın Qarabağ ermənilərini blokadaya alıb, onlara qarşı dözülməz vəziyyət yaratdığı barədə görüntü yaratmaq məqsədi ilə "aksiya" şouları üzərində düşünən qüvvələrin çıxdıqları oyunun təlxəklikdən başqa bir şey olmadığının təsdiqidir.

Bakının mövqeyi kifayət qədər konstruktiv və aydındır. Azərbaycan dövləti bölgədə, regionda sülh-sabitliyi ən çox istəyən tərəfdir. Ötən gün ŞuşadanAzərbaycan Prezidenti bir daha əsas bunun üçün əsas nəyin tələb oldunuğunu həm Forum iştirakçılarına, həm də ermənilərə çox aydın şəkildə bildirdi. Prezident İlham Əliyev Cənubi Qafqazın inkişafının nədən asılı olduğu barədə danışarkən dedi: "Bilirsiniz, əslində, regional inkişaf, - Cənubi Qafqazı nəzərdə tuturam, - əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır".

Ermənistan həqiqətən də regional inkişaf, sülh, sabitlıik tərəfdarıdırsa Azərbaycan Prezidentinin bu çaöırışına konstruktivlik nümayiş etdirməyin vaxtının yetişdiyini nəhayət anlamalıdır. Çünkü Azərbaycan 44 günlük müharibədən sonra dəfələrlə bəyan edib, hətta ötən gün dövlət başçısı bir daha bildirdi ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi Azərbaycanın daxili işidir. Bu isə Azərbaycanın konstititsiyası ilə tənzimlənəcək, hər kəsə necə, onlara da elə!

Azərbaycan bu məsələ ilə (Qarabağın erməni əhalisinin inteqrasiyası) bağlı dəfələrlə öz mövqeyimini bildirib və maksimum şəkildə konstruktivlik göstərib. İndi seçim imkanı Ermənistan hakimiyyətinin və Qarabağ ermənilərinindir. Sülh uzaqda deyil, əgər Ermənistan hakimiyyəti Azərbaycan dövlətinin regional inkişaf, sülh üçün göstərdiyi təşəbbüsün, barış məqsədi ilə irəliyə doğri atdığı addımın 10%-in etsə... Sülh uzaq göründüyü qədər, eyni zamanda çox yaxındır demək.

Bunu Prezident İlham Əliyev Forumdan da rəsmi İrəvana, erməni xalqına açıq şəkildə bildirdi: "Əgər Ermənistan ərazi iddialarından imtina etsə, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması mümkündür".

Ermənistan hərbi-siyasi rəhbərliyi sözdə olduğu kimi əməldə də nə dərəcə sülh istədiyini göstərməlidir. Rəsmi İrəvan Qarabağ separatçılarına milyonlarla dollar yardım ayırmağını dayandırmasa, onların silahla təminatında dəridən-qabıqdan çıxmaqdan əl çəkməsə, revanşizm iddialarını bir kənara qoymasa, proseslər tamamilə fərqli məcraya gedə bilər. Hara gedəcəyi isə Ermənistana 3 il əvvəldə bəllidir. Rəsmi İrəvan hamilərinin, havadarlarının sifarişləri ilə Azərbaycana qarşı ərazi iddiasından əl çəkməyəcəyi təqdirdə Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının necə işlədiyini sadəcə kənardan seyr etməli olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti