Bakı. Trend:
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan parlamentinin sədri Alen Simonyana cavab verib.
Trend xəbər verir ki, bu barədə Hikmət Hacıyev "Twitter" hesabında yazıb.
“Ermənistanın siyasi rəhbərliyi sözlə oynamaq əvəzinə, Laçın yolu ətrafında beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş manipulyasiya, dezinformasiya və yanlış məlumatlandırma oyunlarına, təbliğat kampaniyasına son qoymalıdır! Ağdam-Xankəndi yolu açıq və işləkdir!”, - Hikmət Hacıyev paylaşımında bildirib.
Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Sminyon daha əvvəl Azərbaycanın beynəlxalq ictimaiyyəti aldatdığını iddia etmişdi.