...

Qarabağın erməni sakinləri Laçın sərhəd-buraxılış məntəqəsindən növbəti dəfə sərbəst keçiblər (VİDEO)

Siyasət Materials 12 Avqust 2023 11:58 (UTC +04:00)
Qarabağın erməni sakinləri Laçın sərhəd-buraxılış məntəqəsindən növbəti dəfə sərbəst keçiblər (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Xankəndi-Gorus istiqamətində Qarabağın erməni sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti keçidi baş tutub.

Trend xəbər verir ki, Qarabağın erməni sakinləri bu gün də qeyd olunan istiqamətdə sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə Ermənistana keçiblər.

Belə ki, Xankəndi-Gorus istiqamətində ümumilikdə BQXK-ya məxsus 9 nəqliyyat vasitəsi, 30 nəfər şəxsin (onlardan 3 nəfəri BQXK-nin üzvü, 9 sürücü, 10 xəstə, 7 müşayiətçi, 1 tibb işçisi) Laçın DSBM-dən keçidi təmin olunub.

Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan tərəfindən hər hansı maneə yoxdur. Ermənistanın sərhədlə bağlı bəyanat və əməlləri isə sırf təxribat xarakteri daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti