Bakı. Trend:
Türkiyə öz döyüş təyyarələrini istehsal edə bilən ölkəyə çevrilib.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"20 il əvvəl 20 faiz milli strukturumuz var idi, bu gün isə müdafiə sənayesində 80 faiz milli məhsulumuz var. Türkiyə indi öz təyyarələrini istehsal edə bilən ölkəyə çevrilib. Biz müdafiə sənayesindəki irəliləyişlərlə çatışmazlıqlarımızı tamamladıq", - deyə o qeyd edib.