Bakı. Trend:
Dünən Ermənistanın Silahlı Qüvvələri şərti dövlət sərhədində ordumuzun mövqelərini ağır artilleriya, haubitsalar, PUA-lar, minaatanlar və iriçaplı pulemyotlardan atəşə tutdular. 3 əsgərimiz yüngül yaralandı. Azərbaycan Ordusunun cavab atəşi nəticəsində 3 erməni əsgər həlak olub, 5 nəfər yaralanıb.
Ermənistanın Müdafiə Nazirliyi həmişəki ampluasına sadiq qalaraq, itkilərin sayını gizlətməyə çalışır. Şübhə yoxdur ki, bir müddət sonra hansısa əsgərin qəzaya düşdüyü və ya zəhərələnərək öldüyü ilə bağlı İrəvan məlumat yayaraq dünənki itkilərinin miqyasını statistikaya qismən də olsa, uyğunlaşdırmağa çalışacaq.
Məsələ rəqəmlərdə və ya itkilərin miqyasında yox, Ermənistanın baş naziri Nikol Paşinyanın yürütdüyü siyasət, dünənki olaylarla bağlı görəcəyimiz işlər və yürüdəcəyimiz strategiyadır.
Beləliklə, dünənki hadisənin səbəbləri, mümkün nəticələrini araşdırmaqla yanaşı, “Ermənistan bundan sonra nə edəcək?” və “Biz nə etməliyik?” suallarına cavablar aramağa çalışaq.
1. Paşinyanın sözü və özü. Sözdə Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını tanıyan, “Qarabağ Azərbaycandır” deyən Nikol Paşinyan hələ də Ermənistan Müdafiə Nazirliyinin təxminən 2 minə yaxın şərbçisini Azərbaycan ərazisindən çıxarmayıb. Həmin hərbçilər Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi ərazilərdədir və özlərini pis hiss etmirlər. Mövqelər qurublar, səngərlər qazıblar, istehkamlara və səngərlərə yanacaq, ərzaq və s. daşınmalarını rusiyalı sülhməramlıların müşayiəti ilə həyata keçirirlər.
Ermənistanla şərti dövlət sərhədimizdə vəziyyətin süni şəkildə gərginləşdirilməsi və mövqelərimizin atəşə tutulması rəsmi İrəvanın qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesinin başlanmasına mane olmaq, prosesə imkan verməmək istəyi ilə bağlıdır.
Ermənistanın baş naziri Nikol Paşinyan bu minvalla vəziyyəti mümkün qədər gərginləşdirmək, reinteqrasiya məsələsini gündəmdə arxa plana salaraq ön plana "Ermənistanın təhlükəsizliyinin təminatı məsələsi"ni və "qarabağlı ermənilərin təhlükəsizliyinin təmin edilməsi"ni gətirmək istəyir.
Rəsmi İrəvan yekun sülh sazişinin imzalanması prosesində süni maneələr yaratmaq taktikasını davam etdirir, "hami"lərinə güvənərək bölgədə yeni eskalasiyaya başlayır.
Avropa İttifaqının Ermənistandakı müşahidə-monitorinq missiyasına, habelə Fransanın, Yunanıstanın, Hindistanın dəstəyinə güvənən Nikol Paşinyan bu təhlükəli avantüraya əl atıb.
Eyni zamanda Paşinyan, Ermənistanın paytaxtı İrəvanın meriyası olan Ağsaqqallar Şurasına sentyabrın 17-də keçiriləcək seçkilər ərəfəsində mövqelərini möhkəmlətmək, "düşmən Azərbaycan" ritorikasından istifadə edərək ermənilər iqtidardakı "Vətəndaş Müqaviləsi" Partiyası ətrafında birləşdirmək üçün mövqelərimizin atəşə tutulmasını "ideal alət" hesab edib.
Ermənistan XİN-nin dünən son onilliklər ərzində ilk dəfə Rusiya XİN-nə sərt cavab ünvanlayaraq Moskvanı faktiki olaraq "xəyanət və satqınlıq"da suçlaması, Rusiyaya ultimatum ünvanlaması da Paşinyanın kollektiv Qərbdən daha çox dəstək istəyi ilə bağlıdır.
2. Ermənilər mövqelərimizi kopterlərlə hədəfə alması. Ermənistan silahlı qüvvələri dünən mövqelərimizi hədəfə alaraq vurmaq üçün kvadrokopterlərdən istifadə etdilər. Açıq satışda sərbəst alına bilən bu kvadrokopterlərdən ilk dəfə aktiv istifadəni Suriyada və İraqda İŞİD terror təşkilatı gerçəkləşdirib. Adi kvadrokopterə əl qumbarası, minaatan mərmisi və ya kiçikçaplı artilleriya mərmisi bərkidiləndən sonra hədəfə doğru uçuş gerçəkləşdirilir, hədəfə çatanda isə mərmi və ya qumbara atılır.
Ukraynadakı müharidə həm ukraynalılar, həm də rusiyalılar bu taktikadan geniş miqyasda istifadə edirlər.
Ermənilər də həmin taktikadan yararlanmaq qərarına gəliblər. Ermənilərin ucuz kopterlər vasitəsilə mövqelərimizi vurarkən hədəfdən yayınmalarına sevinmək gərək deyil. Təcrübə zaman məsələsidir və düşmənin cəhdlərinin qarşısını dərhal almalıyıq. Bunun üçün Ermənistanla şərti dövlət sərhədindəki mövqelərimiz 500-800 dollar dəyərindəki FPV dronlardan və ya ucuz kompterlərdən müdafiə olunmaq üçün pilotsuz uçan aparatlarla (PUA) portativ radioelektron mübarizə vasitələrindən istifadə etməliyik. Eyni zamanda, mövqelərimizin zərbə PUA-larının yarada biləcəyi təhdidlərdən qorunması müvafiq, effektiv mühəndis-istehkam işləri aparılmalı, şəxsi heyətə ləim keçirilməlidir.
Fəqət, şərti dövlət sərhədindəki hərbçilərimizin tam təhlükəsizliyini yalnız ermənilər hər təxribatına İrəvandakı Yerablur məzarlığının sahəsinin xeyli genişlənməsi, məhv edilmiş erməni əsgərlərin sayının artırılması təmin edə bilər.
3. Hər zərbəyə adekvat yox, assimetrik cavab. Ermənistanın ordusunun qalıqlarının mövqelərimizə hər hücumunun, İrəvanın hər silahlı təxribatının cavabı adekvat olmamalıdır.
Əsla. Üç yaralı əsgərimizə görə 4-5 erməni hərbçi məhv edilirsə, bununla sakitləşməməliyik. Ermənilərə assimetrik cavab verilməli, bir yaralı əsgərimizin müqabilində 10 erməni hərbçi məhv edilməlidir. Yalnız assimetrik, çox ağır cavablardan sonra, xüsusilə də bu cavablar yalnız bilavasitə təxribatın törədildiyi məkanda yox, şərti dövlət sərhədinin perimetri boyunca müxtəlif yerlərdə olarsa, rəsmi İrəvan ciddi düşünəcək. Nə də olsa, İrəvana gedəcək tabutlar Paşinyan iqtidarını ağır suallar qarşısında qoyacaq.
4. Ermənilər platformaları dəyişirlər. Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesin indiki dalan vəziyyətində olmasının səbəbkarı İrəvandır. Proses məhz Nikol Paşinyanın isterik, qeyri-adekvat davranışı və marazmatik ritorikası səbəbindən iflic durumundadır.
Avropa İttifaqı Siyasi Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə aparılmış danışıqlarda Ağdam-Xankəndi marşrutundan Laçınr yoluna alternativ qismində istifadə olunması ilə bağlı ilkin razılaşma əldə olunmuşdu. Lakin az sonra Paşinyan administrasiyası bu razılaşmadan geri çəkildi, “Laçın yolunun dərhal açılması“, “qarabağlı ermənilərin humanitar fəlakəti və aclıqla üzləşməsi” ilə ilə bağlı qətnamənin qəbul edilməsi istəyi ilə - təbii ki, Fransa prezidenti Emmanuel Makronun təlimatlarından sonra - BMT-nin Təhlükəsizlik Şurasına üz tutdu.
Paşinyanın məqsədi problemlərin müzakirəsinin Vaşinqton və Brüssel platformalarını dəyişmək idi. Dəyişkənlik İrəvan üçün çox uğursuz oldu.
Daha sonra Nikol Paşinyan “yekun sülh sazişi ilə bağlı Azərbaycana yeni təkliflərimiz var” bəyanatı ilə çıxış etdi, amma rəsmi Bakı ermənilərin absurd və məntiqsiz təkliflərini qəbul etdi.
Beləcə, danışıqlar prosesi ətalət vəziyyətinə düşdü.
Nikol Paşinyan prosesi “canlandırmaq” üçün sərzhəddə silahlı təxribatların effektiv metod ola biləcəyini düşündü.
Ermənilərin fikrincə, dünənki atışmalardan sonra beynəlxalq təşkilatlar və İrəvanı dəstəkləyən ölkələr yenidən fəallaşacaqlar ki, bu da sən demə, Azərbaycana birbaha təzyiqlərin yeni formatı olmalıdır.
5. Danışıqlar prosesinin “ermənicə bərpası”. Görünən budur ki, Nikol Paşinyan və onu dəstəkləyən Fransa ilə Yunanıstan danışıqlar prosesini məhz ermənilərin strategiyası çərçivəsində bərpa etməyə, hadisələrin məcrasını ermənilərə əlverişli istiqamətə yönətməyə çalışırlar.
Bəhs etdiyimiz fənd yen deyil: hələ Ermənistanın sabiq prezidenti Serj Sarqsyan belə variantlardan istifadə etməyə çalışmışdı. 2020-ci ilin iyulunda Nikol Paşinyan da cəhb etmiş, amma İrəvanın niyyəti fiaskoya uğramışdı.
Buna rəğmən, situasiya gərginləşdikcə Ermənistanın ambisiyaları artır. Məhz bu səbəbdən qarabağlı ermənilərdən vasitə kimi istifadə etməklə ciddi uğur əldə edə bilməyən İrəvan indi bilavasitə qarşıdurmanın səviyyəsini artırmaqla məqsədinə çatmaq istəyir.
Digər tərəfdən, qarabağlı separatçıların sabiq rəhbərləri Bako Saakyan və Arkadi Qukasyan Rusiyanın Xankəndinə ezam etdiyi Ruben Vardanyanla fəaliyyətlərini birləşdirərək Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarqsyanla bir düşərgəyə yığışıblar. Onların məqsədi Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq, “qarabağlılar klanı”nın Ermənistanda hakimiyyətə qayıdışına nail olmaqdır.
Bu gün İrəvanda “qarabağlı ermənilərə dəstək” məqsədilə keçiriləcək mitinqdə R.Köçəryanın və S.Sarqsyanın da iştirak etmələri “qarabağlı klanı” ilə Ruben Vardanyannın konsolidasiyasının təzahüru sayıla bilər.
Xankəndindəki separatçı xuntanın rəhbərliyinə Nikol Paşinyana əks mövqedə duranların gəlməsi də vəziyyəti yüngülləşdirməyən amillər arasındadır. Sadalanan məqamları nəzərə alan Nikol Paşinyan hakimiyyət rıçaqlarının zəifləməsinə imkan verməmək, “qarabağlılar klanı”nın iqtidara doğru yürüşünün qarşısını almaq və İrəvan meri postuna keçirilən seçkilərdə başçılıq etdiyi “Vətəndaş Müqaviləsi”nin qələbəsini təmin etmək üçün bilərəkdən yeni problemlər yaradır, Qərblə Azərbaycan arasındakı münasibətlərin sərinləşməsinə canr atır.
Bütün bunların nəticəsi olmayacaq.
6. Laçın yolu. Azərbaycan Laçın yolunu aça bilər, amma bir şərtlə: Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsində ermənilər gömrük və sərhəd nəzarətindən keəməyə davam edəcəklər. Ermənistandan Xankəndineə daşınacaq yüklərə də analoji model tətbiq ediləcək: müvafiq sənədləri qaydasında olmayan yüklər heç bir halda Azərbaycan ərazisinə buraxılmayacaq.
Ermənilər Laçın yolundan yalnız iqtisadi və humanitar məqsədlərlə istifadə edə bilərlər. Ağdam-Xankəndi marşrutuna gəldikdə isə, yalnız bu istiqamətlə Xankəndinə yüklərin çatdırılmasının normal ahəngi təmin ediləndən sonra Laçın yolundan ermənilərin yenidən yararlana bilmələri mümkündür.
7. Ermənilərin yeni irqçiliyi. Qarabağlı separatçılar kənardan aldıqları təlimatlara tam əməl edərək, «sonadək mübarizə» şüarları ilə Ağdam-Xankəndi yolunda gözləyən, qarabağlı ermənilər üçün nəzərdə tutularaq Bakıdan göndərilmiş 40 ton un və un məmulatını qəbul etməkdən boyun qaçırırlar. Onların dediklərinə görə, «türk istehsalı olan undan istifadə etməyəcəklər». Qarabağlı erməni separatçılarının belə açıqlaması onların separatizm ritorikasında yenilik olan ərzaq seqreqasiyası və irqçiliyidir.
8. Müharibə gözləntisi. Ermənistanın silahlı təxribatlarına Azərbaycan ordusu çox sərt cavab verdi və atışma istiqamətində ermənilərin mövqeləri məhv edildi. Nikol Paşinyan, Ermənistanı hamiliyə götürmüş dövlətlər və təşkilatlar vəziyyətin sürətlə gərginləşərək hərbi əməliyyatlar səviyyəsinə çatdırılmasını istəyirlərsə - müharibəni alacaqlar.
Məsələ müharibənin başlama ehtimalı yox - yeni, genişmiqyaslı hərbi əməliyyatların Ermənistan üçün sonucudur. 44 günlük İkinci Qarabağ Müharibəsinin nəticələrindən dərs alaraq müvafiq təhlillər aparmayan İrəvan, deyəsən “Fransa, Yunanıstan, İran, Hindistan yanımızdadır” illüziyasına bərk qapılıb.
Təsadüfi deyil ki, məhz Parisin aktivliyindən sonra şərti dövlət sərhədində mövqelərimizə hücumlar edildi. Parisin məqsədi Azərbaycan Ordusunu ermənilərə sərt cavab verməyə sövq etməkdi ki, sonradan BMT Təhlükəsizlik Şurasında “Azərbaycan cəzalanmalıdır” ritorikası ilə qətnamənin qəbulunu tələb etsin.
Fransanı Ermənistan, ermənilər, hərbi əməliyyatlar nəticəsində mütləq şəkildə məhv ediləcək erməni hərbçilərinin mümkün sayı əsla maraqlandırmır.
Emmanuel Makronun məqsədi bütün vasitələrdən istifadə edərək Cənubi Qafqaz regionunda möhkəmlənməkdir.
Ermənilər çoxsaylı itkilər versələr də, olar.
Parisin eyninə deyil...
Uduzacaq tərəf Ermənistan olacaq...