...

Dövlət Miqrasiya Xidməti diplomatik nümayəndəliklərin rəsmiləri ilə görüş keçirib (FOTO)

Siyasət Materials 7 Sentyabr 2023 21:52 (UTC +04:00)
Dövlət Miqrasiya Xidməti diplomatik nümayəndəliklərin rəsmiləri ilə görüş keçirib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Miqrasiya Xidmətində sentyabrın 7-də xarici ölkələrin Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərindən, habelə beynəlxalq təşkilatlardan nümayəndələrin iştirakı ilə “Azərbaycanda miqrasiya idarəçiliyi və bu sahədə yeniliklər” mövzusunda tədbir keçirilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin məlumatında deyilir.

Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov iştirakçıları salamalayaraq bu qəbildən olan tədbirlərin əhəmiyyətindən danışıb. Xidmətin strukturu və fəaliyyət istiqamətləri, Azərbaycanda miqrasiya idarəçiliyində son yeniliklər, qanunvericiliyə edilmiş dəyişikliklərlə bağlı ətraflı məlumat verib.

Görüşdə həmçinin Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov çıxış edərək iki qurum arasında Xidmətin müxtəlif fəaliyyət istiqamətləri üzrə sıx əməkdaşlığın olduğunu bildirib. Hazırki tendensiyalardan biri olan innovasiyaların tətbiqinin miqrasiya proseslərinin idarə olunmasında yüksək səviyyədə həyata keçirildiyini, Dövlət Miqrasiya Xidmətinin rəqəmsallaşmada ölkə üzrə ilk sıralarda dayanan qurumlardan olduğunu qeyd edib.

Sonra Xidmətin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Ülvi Əliyev və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəsi Gülnarə Pənahova çıxış edərək diplomatik nümayəndəliklərlə miqrasiya sahəsində səmərəli əməkdaşlıq, eyni zamanda Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Dövlət Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq çərçivəsində icra etdiyi “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın icrasında dəstək (MOBILAZE – 2)” layihəsi çərçivəsində həyata keçirilən inteqrasiya proqramı ilə bağlı məlumatlar veriblər.

Sonda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti