...

Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımırıq - Moldova XİN

Siyasət Materials 9 Sentyabr 2023 17:02 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

"Moldova Respublikası bu gün, sentyabrın 9-da Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri”nin beynəlxalq hüququn norma və fundamental prinsiplərinə zidd olduğunu nəzərə alaraq onu tanımır".

Trend xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Moldova XİN Moldova Respublikasının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini bir daha vurğulayır" - bəyanatda bildirilib.

Qeyd edək ki, Araik Arutunyanın istefasından sonra Samvel Şahramanyan bu gün Qarabağdakı erməni quldurlarının yeni başçısı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti