...

Erməni sakinlər də bizimlə çiyin-çiyinə, digər azlıqlar kimi yaşaya bilərlər - “Azəri Tat Mədəniyyət Mərkəzi” İB sədri

Siyasət Materials 14 Sentyabr 2023 17:28 (UTC +04:00)
Erməni sakinlər də bizimlə çiyin-çiyinə, digər azlıqlar kimi yaşaya bilərlər - “Azəri Tat Mədəniyyət Mərkəzi” İB sədri
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Məlumdur ki, Azərbaycanda bir çox etnik azlıqlar yaşayır, yaradır, inkişaf edir, inkişafa töhfələr verir. Bu azlıqlar ictimai- siyasi həyatda, idarəetmədə Azərbaycan vətəndaşları kimi iştirak edirlər.

Bunu Trend-ə açıqlamasında “Azəri Tat Mədəniyyət Mərkəzi” İctimai Birliyinin sədri Elman Əhmədov deyib.

Onun sözlərinə görə, erməni sakinlər də bizimlə çiyin-çiyinə, digər azlıqlar kimi yaşaya bilərlər.

"Necə ki, 1988-ci ilə kimi yaşayırdılar, məsul vəzifələr daşıyırdılar, dostluq edirdik, qarışıq ailələr var idi. Düşünürəm ki, sadə ermənilər, yəqin bu gündə bunu arzu edərlər. Bir qrup xunta başçıları buna imkan vermirlər. Erməni ordusunun qalıqları Qarabağdan çıxmalıdır ki, həyat normal məcraya düşsün.

Eyni zamanda əlavə edirəm ki, Aqdam-Xankəndi yolunun açılmasına imkan versələr, erməni sakinlərin Azərbaycana inteqrasiya prosesi daha sürətlənə bilər.

Mən erməni sakinlərə müraciət edirəm: bəsdir, kifayətdir, gəlin bir yerdə, azərbaycanlılar kimi yaşayaq. Övladlarımızı böyüdək, inkişaf edək, dəstək olaq", - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti