...

Ermənistanın itkin düşmüş şəxslərlə bağlı addımları beynəlxalq ictimaiyyət tərəfindən pislənilmir - Həbib Mikayıllı

Siyasət Materials 17 Sentyabr 2023 15:17 (UTC +04:00)
Ermənistanın itkin düşmüş şəxslərlə bağlı addımları beynəlxalq ictimaiyyət tərəfindən pislənilmir - Həbib Mikayıllı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Təəssüf ki, Ermənistanın əsir, girov götürülmüş, itkin düşmüş şəxslərlə bağlı addımları beynəlxalq ictimaiyyət tərəfindən pislənilmir, onlara qarşı hər hansısa addımlar atılmayıb.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı bu gün Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.

O qeyd edib ki, Qriqoryan adlı general vardı ki, o açıq şəkildə etiraf edib ki, evində azərbaycanlı əsiri bir ilə yaxın kölə kimi saxlayıb.

“Amma, dediyimiz kimi, bunların heç biri qınanılmır. Ermənistanda kütləvi məzarlıqların yerləri var, lakin Ermənistan bu istiqamətdə əməkdaşlıq etməkdən imtina edir", - deyə Həbib Mikayıllı bildirib.

Xəbər lenti

Xəbər lenti