Bakı. Trend:
Rus səfirliyi Ermənistan XİN-ə nota verib.
Trend xəbər verir ki, səbəb səfirliyin təhlükəsizliyinin təmin edilməməsi və etirazçıların səfirliyin işinə mane olmasıdır.
Qeyd olunub ki, Rusiyanın Ermənistandakı səfirliyi nümayişçilər tərəfindən bloklanıb və bu səbəbdən səfirlik əməkdaşları binanı tərk edə bilmirlər.
"Səfirliyin binası bloklanıb. Binanın əsas girişində çoxlu nümayişçi var. Arxa giriş də bağlanıb, lakin o tərəfdə neçə nəfərin olduğu bəlli deyil”, - deyə agentliyin səfirlikdəki həmsöhbəti bildirib.